Niderland pis imicindən qurtulmaq istəyir

Hollandiya əsasən narkotik vasitələrlə və Amsterdamın "Qırmızı fənərlər" küçəsi ilə asossiasiya olunur.
Sputnik

BAKI, 6 oktyabr - Sputnik. Niderland hökuməti Hollandiya adından imtina etməyə qərar verib.

"Report" xəbər verir ki, bu barədə yerli "Adformatie" portalı bildirib.

Hakimiyyət orqanları hesab edir ki, ölkənin simasını yeniləmək lazımdır. Çünki Hollandiya əsasən narkotik vasitələrlə və Amsterdamın "Qırmızı fənərlər" küçəsi ilə asossiasiya olunur.

Qeyd edilir ki, yeni imic Niderland adı ətrafında qurulacaq. İmic beynəlxalq tədbirlərlə, məsələn, "Avroviziya-2020" ilə aktiv şəkildə tanınacaq.

Ölkənin futbol yığması da həmçinin bütün matçlarda azarkeşlərin adət etdiyi addan imtina edəcək.

Ad dəyişikliyi eləcə də Tokioda 2020-ci ildə keçiriləcək olimpiadada Niderlandı təmsil edəcək idmançılara aid olacaq.