CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu yolla bütün "Whatsapp" mesajları ələ keçirilir

"Whatsapp" bu dəfə də istifadəçilərin təhküləsizliyinin qorunub saxlanılmaması ilə müzakirəyə səbəb olub. Bununla bağlı "Avakend" ləqəbli şəxs tərəfindən müəyyən araşdırma aparılıb
Sputnik

BAKI, 5 oktyabr — Sputnik. Dünyanın ən populyar mesajlaşma proqramı olan "Whatsapp" məlumatlarının çox asanlıqla başqa bir şəxsin əlinə keçdiyi sübuta yetirilib.

Bəzi smartfonlarda WhatsApp işləməyəcək
  Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə,  "Whatsapp" bu dəfə də istifadəçilərin təhküləsizliyinin qorunub saxlanılmaması ilə müzakirəyə səbəb olub.

Bununla bağlı "Avakend" ləqəbli şəxs tərəfindən müəyyən araşdırma aparılıb. Bəlli olub ki, kibercinayətkarlar mesajlaşma zamanı gülüş işarələrini və müəyyən ifadələri əvəzləyən "gif"lər vasitəsi ilə bu cür məlumatları əldə edə bilirlər.