İyirmiyə yaxın terrorçu zərərsizləşdirildi

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, son bir həftə ərzində zərərsizləşdirilən terrorçuların sayı 51 olub
Sputnik

BAKI, 5 oktyabr — Sputnik. Türkiyə PKK terror təşkilatının 17-yə yaxın terrorçusunu zərərsizləşdirilib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, əməliyyat İraqın şimalındakı Avaşin, Zap və Qara bölgələrində həyata keçirilib.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, son bir həftə ərzində zərərsizləşdirilən terrorçuların sayı 51 olub.