İran avstraliyalı blogeri həbsxanadan azad edib

Ötən il həbs olunan və 10 illik azadlıqdan məhrum olan digər avstraliya vətəndaşı, "Melbourne" universitetində islam dərsləri tədris edən mühazirəçi Kayl Mur Gilbertin azad olunması istiqamətində isə işlər davam edir
Sputnik

BAKI, 5 oktyabr — Sputnik. Avstraliya hökumətinin yaydığı məlumata görə, İran blogerliklə məşğul olan avstraliyalı cütlüyü həbsdən azad edib. Sputnik Azərbaycan-ın BBC-yə istinadən məlumatına görə, eyni zamanda həm də Britaniya vətəndaşlığı olan Coli Kinq və sevgilisi Mark Firkin bir neçə ay öncə Tehranda rəsmi icazə olmadan dron uçurtduqlarına görə saxlanılıblar.

İran avstraliyalı blogeri həbsxanadan azad edib

Ötən il həbs olunan və 10 il azadlıqdan məhrum edilmə cəzası verilən digər Avstraliya vətəndaşı, Melburn Universitetində islam dərsləri tədris edən mühazirəçi Kayl Mur Gilbertin azad olunması istiqamətində isə işlər davam edir. Avstraliyanın Xarici İşlər Nazirliyinin bəyanatında həmin şəxsin azad olunması üçün danışıqların davam etdiyi bildirilir.