BAKI, 5 oktyabr — Sputnik. Ötən gün axşam saatlarından Türkiyənin bir neçə şəhərində, o cümlədən də İstanbulda başlayan güclü yağış və fırtına ağacların aşmasına, yollarda gölməçələrin yaranmasına, bəzi ərazilərin isə tamamilə keçilməz olmasına səbəb olub.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, fırtına ilə əlaqədar olaraq bəzi binaların dam örtüyü uçub. 6 mərtəbəli yaşayış binasının dam örtüyünün uçması isə 5 avtomobilin zədələnməsinə səbəb olub.
Yağış və fırtına ilə əlaqədar olaraq yollarda baş verə biləcək hansısa qəzanın qarşısını almaq üçün tədbirlərə başlanılıb, yollara nəzarət gücləndirilib.