Ərdoğandan ABŞ-a: "Artıq söz bitdi"

"Barış əməliyyatı çox yaxındadır, bəlkə, bu gün, bəlkə, sabah. Həm qurudan, həm də havadan bu əməliyyatı aparacağıq"
Sputnik

BAKI, 5 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsiz bölgə ilə bağlı əhəmiyyətli açıqlama verib.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, Ərdoğan Suriyada Fərat çayının şərqi ilə bağlı ABŞ-ın məqsədinin baş qarışdırmaq olduğunu deyib: "Məqsədimiz Fəratın şərqində sülhə nail olmaqdır.

Almaniyadan Türkiyəyə gözlənilməz dəstək
 2 milyon insanı köçürməyi planlaşdırırıq. Planımız hazırdır. Türkiyə öz sərhədlərində terrora əsla göz yummayacağını dəfələrlə bütün dünyaya elan edib. Biz də öz göbəyimizi özümüz kəsməyə qərarlıyıq. Fəratın şərqinə dair hər cür xəbərdarlıq etdik. Kifayət qədər də səbirli davrandıq. Quruda patrul həyata keçirmək, havada patrul həyata keçirmək - bunların hekayə olduğunu görürük".

"Siz PKK/YPG-ni terror təşkilatı olaraq tanıyırsınız, yoxsa tanımırsınız, bunu açıqlayın. Sözün bitdiyi yerdəyik. Bizi aldadanlara deyirik ki, artıq söz bitdi. Hazırlıqlar başa çatdı, əməliyyat planlarını hazırladıq, lazımi təlimatları verdik. Barış əməliyyatı çox yaxındadır, bəlkə, bu gün, bəlkə, sabah. Həm qurudan, həm də havadan bu əməliyyatı aparacağıq", - deyə Ərdoğan bildirib.