BAKI, 5 oktyabr — Sputnik. Türkiyənin Qida və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan sərgidə nümyaiş olunan endirimli məzarlar hər kəsin diqqətini çəkib.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İbrahim Aktay adlı şəxs özünün hazırladığı endirimli məzarlarla diqqətləri cəlb edib.
Sərgidə nümayişə çıxarılan məzarların qiymətində isə ən azı 2 min türk lirəsinədək (600 manat) endirim olub. Belə ki, 11 min TL-dən (3 min 284 manat) baha satılan məzar 9 min 500 TL-ə (2 min 836 manat) təklif olunub.
Məzar daşı hazırlayan şəxs ailə məzarlıqlarının qiymətinin isə 72 min TL-dək (21 min 499 manat) olduğunu bildirib.