HADİSƏ

Bakı sakinini evinin qarşısında bıçaqladılar

Səfərov Samir Dağlar oğlunu tanıdığı şəxs bıçaqlayıb. O, 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb
Sputnik

BAKI, 5 oktyabr — Sputnik. Bakıda bıçaqlanma hadisəsi baş verib. 

Bakı metrosunda ağlasığmaz olay: gənci bıçaqladılar

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsində qeydə alınıb. Belə ki, bu ünvanda yaşayan 1988-ci il təvəllüdlü Səfərov Samir Dağlar oğlu tanıdığı şəxs tərəfindən evinin qarşısında bıçaqlanıb.

O, sol dirsəyinin kəsilmiş-deşilmiş yarası ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.