HADİSƏ

Bakı metrosunda ağlasığmaz olay: gənci bıçaqladılar

Oğlana qarnın və boyun nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata yerləşdirilib
Sputnik

BAKI, 5 oktyabr — Sputnik. Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gəncədə qaraçılar on dörd yaşlı oğlanı bıçaqlayıblar

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə Bakı metrosunun "28 may" stansiyasının içində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Şükürov Həzrətəli Abıl oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın və boyun nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.