CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsillə bağlı qərar, xərclər təsdiq edildi

Novruz Məmmədovun imzaladığı qərarda Nazirlər Kabineti Təhsil Nazirliyinin və Maliyyə Nazirliyinin təklifləri nəzərə alınıb
Sputnik

BAKI, 4 oktyabr — Sputnik. "Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişiklik edilib.

Nazirlər Kabinetindən işsizləri sevindirəcək qərar

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərarda Nazirlər Kabineti Təhsil Nazirliyinin və Maliyyə Nazirliyinin təklifləri nəzərə alınıb.

1 nömrəli əlavə ilə ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı yeni redaksiyada təsdiqlənib.

2 nömrəli əlavə ilə ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin, magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı yeni redaksiyada təsdiq edilib.

Qeyd edilib ki, Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki xərc təsdiq edilmiş təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və yaxud onun tabe olduğu qurum tərəfindən ödənilir.