HADİSƏ

Bunu da gördük – Gəlin qaynananın qızıllarını apardı

Şikayətdən sonra müvafiq araşdırma aparılıb, oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin gəlini saxlanılıb
Sputnik

BAKI, 4 oktyabr — Sputnik. Nərimanov rayonunda gəlin qaynanasının qızıllarını oğurlayıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Novruzova oktyabrın 2-də evindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Bundan sonra, müvafiq araşdırma aparılıb. Oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin gəlini saxlanılıb.