CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının əsas küçələrindən biri iki gün bağlı olacaq

Sürücülərdən xahiş olunur ki, qeyd olunan ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.
Sputnik

BAKI, 4 oktyabr — Sputnik. Asif Məhərrəmov küçəsinin bir istiqaməti üzrə hərəkət məhdudlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Metro ilə Mübadilə Mərkəzi arasında örtüklü yol çəkiləcək

Qeyd edilib ki, aparılan təmir işləri ilə əlaqədar olaraq, 4-6 oktyabr tarixlərində Nəsimi rayonu Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mkrn.dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək olan istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

"Bu səbəbdən sözügedən küçənin 20 Yanvar küçəsi ilə kəsişməsindən Ceyhun Səlimov küçəsi ilə kəsişməsinədək olan hissəsində ikitərəfli hərəkət təmin olunacaq. Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik" - deyə məlumatda qeyd edilib.

Sürücülərdən xahiş olunur ki, qeyd olunan ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.