SƏHİYYƏ

Səhiyyə Nazirliyi tələbə etirazına cavab verdi

Səhiyyə Nazirliyi bu məsələnin həlli - yəni, ötən il rezidenturaya qəbul olmuş rezidentlərin ödənişsiz təhsilinin təmin olunması ilə bağlı müvafiq olaraq Təhsil Nazirliyi və Maliyyə Nazirliyinə müraciət edib. Hazırda həmin müraciətə cavab gözlənilir
Sputnik

BAKI, 4 oktyabr — Sputnik. Bu gün Səhiyyə Nazirliyinin önündə bir qrup tələbənin səsləndirdiyi etirazlarla bağlı rəsmi mövqe bildirilib. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, qeyd olunan məsələnin həlli nə universitet rəhbərliyi, nə də Səhiyyə Nazirliyinin səlahiyyətinə aid deyil.

Səhiyyə Nazirliyi bu məsələnin həlli - yəni, ötən il rezidenturaya qəbul olmuş rezidentlərin ödənişsiz təhsilinin təmin olunması ilə bağlı müvafiq olaraq Təhsil Nazirliyi və Maliyyə Nazirliyinə müraciət edib. Hazırda həmin müraciətə cavab gözlənilir.

Qeyd edək ki, bu gün Tibb Universitetinin rezidentura üzrə təhsil alan tələbələri Səhiyyə Nazirliyi qarşısında etiraz ediblər. Səbəb rezidenturanın ödənişli olmasıdır.