Dünya nəhənginin yaradıcısı evləndi

Brinin hazırda 46, Şanahanın 34 yaşı var. Bu nikah məşhur internet şirkətinin yaradıcısının ikinci nikahıdır
Sputnik

BAKI, 4 oktyabr — Sputnik. "Google"-un yaradıcısı və "Alphabet IT" şirkətinin prezidenti Sergey Brin ailə həyatı qurub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Brin "ClearAccessIP" şirkətinin rəhbəri Nikol Şanahanla izdivaca girib. Məlumata görə, cütlük iki il görüşüb. 2018-ci ildə onların qızı dünyaya gəlib.

Brinin hazırda 46, Şanahanın 34 yaşı var. Bu nikah məşhur internet şirkətinin yaradıcısının ikinci nikahıdır. 2007-ci ildə o, Enn Vociksi ilə ailə həyatı qurmuşdu. Onlar 2015-ci ildə rəsmən boşanıblar. Brinin ilk nikahından iki övladı var.

Sergey Brin 1973-cü ildə avqustun 21-də Moskvada anadan olub. 1979-cu ildə isə daimi olaraq ABŞ-a köçüb. 1998-ci ildə Larri Peyclə "Google" şirkətini yaradıb.