Dövran dəyişdi: Avropa ABŞ məhsullarına gömrük rüsumları tətbiq edir

O, eyni zamanda ABŞ-ın Avropa İttifaqının qarşılıqlı səmərəli qərar qəbul etmək barədə təklifini rədd etməsini də tənqid edib
Sputnik

BAKI, 4 oktyabr — Sputnik. Almaniya Xarici İşlər naziri Hayko Maas Avropa İttifaqının Birləşmiş Ştatlara cavab olaraq gömrük rüsumlarının tətbiq etməsini təklif edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Tramp İran Milli Bankına sanksiya tətbiq etdi və müharibədən danışdı

Qeyd edək ki, daha əvvəl Birləşmiş Ştatlar Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qərarından sonra Avropa İttifaqı istehsalı olan təyyarələrə 10%, kənd təsərrüfatı və sənaye məhsullarına 25% məbləğində gömrük rüsumları tətbiq edib.

Almaniya XİN rəhbərinin sözlərinə görə, Aİ buna reaksiya verməli və ÜTT-nin razılığı ilə öz rüsumlarını tətbiq etməlidir.

O, eyni zamanda ABŞ-ın Avropa İttifaqının qarşılıqlı səmərəli qərar qəbul etmək barədə təklifini rədd etməsini də tənqid edib.