CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mehriban Əliyeva: "Lahıcın bütün sakinlərinə təşəkkür edirəm!" - FOTO

"Qədim Lahıc – sənətkarlar, bacarıqlı, istedadlı, qonaqpərvər, gözəl insanlar şəhəri! Bu bərəkətli diyara hər gəlişim mənə unudulmaz təəssüratlar bağışlayır!"
Sputnik

BAKI, 3 oktyabr — Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İsmayıllı rayonuna səfər edib. O, ailə üzvləri ilə birlikdə Lahıc qəsəbəsində olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti rəsmi “Instagram” səhifəsində bildirib.

"Qədim Lahıc – sənətkarlar, bacarıqlı, istedadlı, qonaqpərvər, gözəl insanlar şəhəri! Bu bərəkətli diyara hər gəlişim mənə unudulmaz təəssüratlar bağışlayır! Lahıcın bütün sakinlərinə səmimi mehribanlığa və qonaqpərvərliyə görə təşəkkür edirəm!" - Birinci vitse-prezident qeyd edib.