Azərbaycan və Rusiya prezidentlərinin görüşü Rusiyanın Soçi şəhərində keçirilən “Valday” beynəlxalq diskussiya klubunun 16-cı toplantısı çərçivəsində baş tutub. Dövlət başçıları iki ölkə arasında münasibətləri və perspektivləri müzakirə ediblər.
“Şəxsi görüşlərimizdə fasiləyə baxmayaraq, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir. Ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir və bu istiqamətdə perspektivlərimiz yaxşıdır”, - deyə Vladimir Putin vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev isə əmtəə mübadiləsinin get-gedə artdığını qeyd edib.
“Yalnız bu ilin avqust ayına qədər 20% artım müşahidə olub. Və təsdiqlədiyimiz yol xəritələri əlaqələrimizin və əməkdaşlığımızın daha da sıxlaşmasına gətirib çıxaracaq”, - deyə İlham Əliyev bildirib.