İQTİSADİYYAT

Azərbaycan nefti iki dollara yaxın ucuzlaşıb

"Brent" markalı neftin qiyməti 0,12 dollar ucuzlaşaraq 57,57 dollar, "Light" markalı neftin qiyməti isə 0,03 dollar artaraq 52,67 dollar təşkil edib
Sputnik

BAKI, 3 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barrelinin qiyməti 1,95 dollar azalaraq 60,36 dollar olub.

"Brent" markalı neftin qiyməti 0,12 dollar ucuzlaşaraq 57,57 dollar, "Light" markalı neftin qiyməti isə 0,03 dollar artaraq 52,67 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.