Paris Yüksək Moda Həftəsi xüsusi hadisədir. Çünki modanın beşiyi olan Fransa paytaxtı yüksək moda dünyasının aktual trendlərini diktə edir. Bu Moda Həftəsinə hər il dünyanın ən məşhur brendləri, tanınmış modellər, geyim dizaynerləri və məşhur ulduzlar gəlir.
Dəbdəbə, parlaq rənglər, ağlasığmaz rəng birləşmələri, epataj, ekstravaqantlıq, ifratçılıq, cəsarət, cəlbedicilik, gözəllik, əyləncə - bütün bunları Parisdəki keçirilən Yüksək Moda Həftəsində görmək mümkündür.
Paris Moda Həftəsi, Londonda, Milanda və Nyu-Yorkda ildə iki dəfə olmaqla keçirilən dörd böyük qlobal moda həftələrindən biridir.