HADİSƏ

Gəncədə avtomobil qızları vurdu – Hər ikisi məktəbli olub

“Opel” markalı avtomobillə yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Nəbiyeva Sevinc Ruslan qızını vurub. S.Nəbiyeva zərbənin təsirindən yolu keçən digər piyada, 14 yaşlı Vüsalə Yusifovaya çırpılıb.
Sputnik

BAKI, 2 oktyabr — Sputnik. Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Maşını elə sürdü ki, mühərriki uçub kanala düşdü - altı kəndi hiddətləndirən qəza

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Şəhər sakini Cəlal Mehdiyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Nəbiyeva Sevinc Ruslan qızını vurub. S.Nəbiyeva zərbənin təsirindən yolu keçən digər piyada, 14 yaşlı Vüsalə Yusifovaya çırpılıb. Hər iki piyada xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.

Piyadaların məktəbli olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.