Zarina Orucəliyeva, Sputnik Azərbaycan
BAKI, 2 oktyabr — Sputnik. Kimya müəllimi polisə öz şagirdlərindən şikayət edib.
Qaradağ rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 1-də 11-ci polis bölməsinə yerli sakin tərəfindən şikayət daxil olub. Həmin şəxs rayonun 57 yaşlı sakini, 127 saylı məktəbdə 40 ildir "Kimya" və "Biologiya" fənnindən dərs deyən Abbasova Aygün Lətif qızıdır.
Uzun müddət iş stajı olan ali təhsilli pedaqoq sentyabrın 27-də sinif otağında iki 14 yaşlı şagirdinin hücumuna məruz qalıb. Müəllim ona hücum edən oğlanlarla bağlı bütün məlumatları və hücumun təfərrüatlarını polisə anladıb.
Eyni zamanda Bakı şəhər Təhisl İdarəsi istintaq sirri olduğundan, hadisə ilə bağlı daha ətraflı informasiya verməkdən imtina edib.