Daha bir ölkə ABŞ-la açıq qarşıdurmaya gedir

Ötən il Rusiya və Hindistan 5 "S-400" batareyasının tədarükünə dair 5,3 milyard dollarlıq razılaşma imzalayıblar. Bu razılaşmadan narahat olan Birləşmiş Ştatlar Nyu-Dehliyə sanksiyalar tətbiq etməklə hədələyib
Sputnik

BAKI, 2 oktyabr — Sputnik. Birləşmiş Ştatlar hansı ölkəyə nəyi alıb, ala bilməyəcəyini deyə bilməz. Sputnik Türkiyə xəbər verir ki, bunu Hindistanın Xarici İşlər naziri Subrahmanyam Caişankar Rusiyadan "S-400" zenit raket komplekslərinin alınmasına dair Vaşinqtondan gələn çağırışlara münasibət bildirərkən qeyd edib.

"Hər zaman hərbi təchizata dair tədarükçü seçimimizin öz haqqımız olduğunu dilə gətiririk. Biz hər hansı bir ölkənin Rusiyadan nəyi alıb, ala bilməyəcəyimizi söyləməsini istəmədiyimiz kimi, Birləşmiş Ştatların da nəyi alıb, ala bilməyəcəyimizi söyləməsini də istəmirik. Bu bizim seçim haqqımızdır və buna hörmət edilməsinin hər kəsin marağına uyğun olacağını düşünürük", - deyə Subrahmanyam Caişankar bildirib.

Qeyd edək ki, ötən il Rusiya və Hindistan 5 "S-400" batareyasının tədarükünə dair 5,3 milyard dollarlıq razılaşma imzalayıblar.

Bu razılaşmadan narahat olan Birləşmiş Ştatlar Nyu-Dehliyi sanksiyalar tətbiq etməklə hədələyib.