MƏDƏNİYYƏT

Xalq yazıçısı ədəbiyyat festivalından gözləntilərini açıqladı

Xalq yazıçısı Natiq Rəsulzadə deyir ki, festival Azərbaycan ədəbiyyatına, mədəniyyətinə faydalı olacaq
Sputnik

Sentyabrın 30-dan oktyabrın 4-dək Bakıda IV “LiFFt” Avrasiya Ədəbiyyat Festivalı keçiriləcək. Festival təşkilatçıları Avrasiya Millətlər Assambleyası və Rusiya Federasiyasının "LiFFt" Beynəlxalq Humanitar Fondudur.

Xalq yazıçısı Natiq Rəsulzadə Sputnik Azərbaycan-a deyir ki, bu festivalın Azərbaycanda keçirilməsi çox gözəl təşəbbüsdür: “Festivalın əhəmiyyəti böyükdür. Azərbaycan ədəbiyyatına, mədəniyyətinə faydalı olacağını düşünürəm. Festivala dünyanın bir çox ölkələrindən tanınmış yazıçılar qatılacaqlar”.

Qeyd edək ki, layihənin Azərbaycan tərəfdən təşkilatçısı Heydər Əliyev Fondu, tərəfdaşı Azərbaycan Mədəniyyət Nazirliyi, nazirliyin “Söz” ədəbi layihəsi və Bakı Kitab Mərkəzidir. BMT-nin himayəsi ilə gerçəkləşən tədbirə UNİCEF uşaq təşkilatı da dəstək verir.

Xalq yazıçısı Natiq Rəsulzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz