BAKI, 30 sentyabr — Sputnik. Çində həbsdən qaçan məhkum 17 il müddətində mağarada gizlənib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə BBC yazıb.
Keçmiş məhkum Sun Szyan polis işçisi olub. O, qadın və uşaq alverinə görə həbs edilib, ancaq 2002-ci ildə həbsxanadan qaçıb. Bütün bu illər ərzində o, doğma şəhərinin yaxınlığında yerləşən mağarada yaşayıb.
Fərarinin olduğu yeri pilotsuz uçan aparatlarla tapa biliblər. Yüksəklikdən çəkilmiş şəkillərdə polislər mağaranın üstündə mavi rəngli polad damın bir hissəsini, eləcə də yaxınlıqda zibil yığınını seziblər.
Kişini elə mağaradaca həbs ediblər. Polisin bildirdiyinə görə, Sun Szyan o qədər təklikdə yaşayıb ki, polislərlə ünsiyyət qurmaqda çətinlik çəkirmiş. Onu yenidən həbsxanaya qaytarıblar.