CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur azərbaycanlı norveçli milyarderə ərə gedir

Günay Rüstəmli "Miss qış-2018", "Miss şarm-2019" titullarına sahibdir. Hazırda o, "Qadınlar nə istəyirlər?" televiziya verilişinin aparıcısıdır
Sputnik

BAKI, 1 oktyabr — Sputnik. Model və aparıcı Günay Rüstəmli Norveç vətəndaşından aldığı evlilik təklifinə müsbət cavab verib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə xəbəri model Instagram səhifəsində izləyiciləri ilə bölüşüb. O, nişan üzüklərinin şəklini paylaşıb.

G.Rüstəmli nişanlısı ilə Bakıdakı tədbirlərin birində tanış olub. Kişi ona ilk baxışdan vurulub, bir neçə dəfə evlilik təklifi etsə də, model hər dəfəsində etiraz edib. Ancaq nəhayətdə toya razılıq verib və onunla nişanlanıb.

Toyun tarixi hələlik bəlli deyil. Cütlük indi Norveçdədir.

Günay Rüstəmli "Miss qış-2018", "Miss şarm-2019" titullarına sahibdir. Hazırda o, "Qadınlar nə istəyirlər?" televiziya verilişinin aparıcısıdır.