CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ödənişsiz təhsil almaq hüququ əldə edənlərlə bağlı məlumat açıqlandı

Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələrin arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib
Sputnik

BAKI, 30 sentyabr — Sputnik. 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.

Gələcəyimizin "saman çöpləri": bizi o dünyaya diplomlu savadsızlar göndərəcəklər
 Bu barədə Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a məlumat verilib.

Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələrin arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Əlavə müsabiqənin nəticələrinə əsasən, 1298 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib və onların siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib.