BAKI, 30 sentyabr - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişikliyə baxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən, qanuna “Keçid müddəaları” adlı yeni, 32-ci maddə əlavə olunur.
Əlavəyə görə, bu qanunda nəzərdə tutulmuş Azad Zona səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Azad Zona səlahiyyətli qurumunun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir. Qanuna dəyişiklik müzakirə edilərək qəbul edilib.