SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Siyavuş Novruzov: “Rafael Cəbrayılovla bağlı məsələ hüquqi müstəvidə həllini tapdı”

“Öz partiyasında əxlaq və mənəviyyatla məşğul ola bilməyənlər bu məsələni şişirdib ortaya çıxarırlar”
Sputnik

BAKI, 30 sentyabr-Sputnik. “Rafael Cəbrayılovla bağlı məsələ hüquqi müstəvidə həllini tapdı və bunun nə mətbuatda, nə də parlamentdə müzakirəsinə ehtiyac var. İstefa mədəniyyəti hər yerdə var”.

Parlamentin rəhbərliyi Rafael Cəbrayılovla bağlı tapşırıq verdi

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, vaxtilə Milli Məclisə namizədliyini irəli sürən, amma xalq tərəfindən etimad qazanmayanlar, xaricdə oturub Azərbaycanın əleyhinə iş aparanlar, qarayaxma ilə məşğul olanlar bu hadisədən sui-istifadə edirlər: “Öz partiyasında əxlaq və mənəviyyatla məşğul ola bilməyənlər bu məsələni şişirdib ortaya çıxarırlar”.

Qeyd edək ki, Milli Məclisin deputatı Rəfael Cəbrayılov mandatdan imtina etməsi ilə bağlı Milli Məclisə müraciət edib. O, Konstitusiyanın verdiyi səlahiyyətdən istifadə edərək özü istefa verdiyini bildirib.