BAKI, 30 sentyabr — Sputnik. Sabahdan Azərbaycanda əhalinin siyahıyaalınmasına başlanılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu proses oktyabrın 1-dən 10-dək davam edəcək. Belə ki, hər 300 nəfər əhali üçün 1 sayıcı nəzərdə tutulub. 14 min əhali üçün bir məntəqənin yaradılması və 5 sayıcıya bir təlimatçı nəzarəti müəyyən edilib.
Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planların tərtib edilməsi nəticəsində ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünüb. Əhalinin siyahıyaalınması ilə əlaqədar 40 minə yaxın şəxs müvəqqəti işə götürülüb. Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, əhalinin siyahıyaalınması hər 10 ildən bir həyata keçirilir.