BAKI, 30 sentyabr - Sputnik. Milli Məclisin deputatı Rəfael Cəbrayılov mandatdan imtina etməsi ilə bağlı özü Milli Məclisə müraciət edib. O, Konstitutsiyanın verdiyi səlahiyyətdən istifadə edərək özü istefa verdiyini bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, bu haqda məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli verib. “Rəfael Cəbrayılov Azərbaycan xalqından və dövlətindən üzr istədiyini və istefa verdiyini Milli Məclisə bildirib” - Hüseynli bildirib.
Qeyd edək ki, Rəfael Cəbrayılov Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.