Parlamentin rəhbərliyi Rafael Cəbrayılovla bağlı tapşırıq verdi

Parlamentin sədri Oqtay Əsədov Rəfael Cəbrayılovun mandatından imtinasına dair müraciəti ilə bağlı tapşırıq verib
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr - Sputnik. Milli Məclisin sədri Oqtay Əsədov deputat Rafael Cəbrayılovun mandatından imtina etməsinə dair müraciəti ilə əlaqədar tapşırıq verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında spiker Oqtay Əsədov Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə tapşırıq verib.

Oqtay Əsədov tapşırıb ki, sənədlər qanunvericiliyin tələblərinə uyğun hazırlanaraq Mərkəzi Seçki Komissiyasına göndərilsin.

Milli Məclisin deputatı Rəfael Cəbrayılov mandatdan imtina etməsi ilə bağlı Milli Məclisə müraciət edib. O, Konstitutsiyanın verdiyi səlahiyyətdən istifadə edərək özü istefa verdiyini bildirib.