CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Energetik içkilərin reklamının qadağan olunması təklif edilib

Musa Quliyev bildirib ki, energetik içkilərin gənclərin sağlamlığına zərərli təsiri hər kəsə məlumdur
Sputnik

BAKI, 30 sentyabr - Sputnik. “Energetik içkilərin reklamı qadağan olunmalıdır”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk plenar iclasında millət vəkili Musa Quliyev deyib.

O bildirib ki, energetik içkilərin gənclərin sağlamlığına zərərli təsiri məlumdur: “Amma özəl telekanallarda bu içkilər reklam olunur. Ona görə də “Reklam haqqında” qanunda energetik içkilərin reklamının qadağan edilməsi vacibdir. Bununla bağlı “Reklam haqqında” qanuna dəyişiklik edilməlidir”.