SƏHİYYƏ

Bakıda qadın doğuş zamanı öldü

Daxil olmuş məlumat əsasında təxirəsalınmadan hadisə yerinə baxış keçirilib, döl və ananın meyitinin ekspert müayinəsindən keçirilməsi təmin edilib
Sputnik

BAKI, 30 sentyabr — Sputnik. Bakıda qadın doğuş zamanı dünyasını dəyişib. Sputnik Azərbaycan-ın xəbərinə görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

32 yaşlı Manıyeva Ramilə İmadəddin qızı "39 həftə 4 gün hamiləlik, doğuşun birinci dövrü" diaqnozu ilə 7 saylı doğum evinə gətirilib. Doğuş zamanı qadının bətnindəki döl 29.09.2019-cu il tarixində, saat 06:10 radələrində tələf olub. Ana isə elə həmin gün saat 16 radələrində "zahılıq dövrünün qanaxması" diaqnozu ilə dünyasını dəyişib.

Daxil olmuş məlumat əsasında təxirəsalınmadan hadisə yerinə baxış keçirilib, döl və ananın meyitinin ekspert müayinəsindən keçirilməsi təmin edilib.

Qeyd edək ki, fakt üzrə toplanmış material əsasında Bakı şəhəri, Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb.