SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

BMT İranın nüvə proqramı məsələsinə təsir edə bilərmi - politoloq şərhi

Politoloq Fikrət Sadıxov deyir ki, Məsələnin həlli üçün İran və 6 ölkə razılığa gəlməlidir. Ancaq məsələnin əsas opponenti olan ABŞ buna qarşıdır
Sputnik

Almaniya, Fransa və Britaniya hökumətləri yaydıqları birgə bəyanatda İranın raket proqramının yenidən müzakirə olunması tələbini irəli sürüblər.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, BMT bir çox məsələləri həll etməyə qadir deyil:

“İran və Qərb münasibətlərinin yaxın zamanda həll olunacağına inanmıram. Bu məsələ BMT səviyyəsində müzakirə olunmayıb. Məsələnin həlli üçün İran və 6 ölkə razılığa gəlməlidir. Ancaq məsələnin əsas opponenti olan ABŞ buna qarşıdır. Təbii ki, gec, ya tez hansısa bir razılıq əldə olunacaq. Əks halda, həm Fars körfəzində, həm də bizə yaxın regionda münasibətlər gərginləşə bilər. Ölkələr  bu məsələ ilə bağlı daha sağlam düşüncə nümayiş etdirməlidirlər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz