BAKI, 29 sentyabr — Sputnik. ABŞ və Ukrayna prezidentləri Donald Trampla Vladimir Zelenski arasındakı telefon danışığının stenoqramının dərc edilməsi Vaşinqtonla danışıqlar aparmağın təhlükəli olduğunu göstərir və ABŞ-ın digər ölkələrlə ünsiyyətinə öz təsirini göstərəcək.
Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova "Birinci kanal"ın efirində deyib.
"Bir çox qiymətləndirmələrlə razıyam, bu, şübhəsiz, vəziyyəti dəyişir, hətta vəziyyəti yox, dövlətlər, ölkələr, liderlər, siyasətçilər arasında münasibət formalarını dəyişir... Bu qalmaqaldan sonra hər kəs başa düşür ki, Vaşinqtona zəng vurmaq, danışıqlar aparmaq, görüşmək təhlükəlidir", - Zaxarova bildirib.
Onun sözlərinə görə, bu, əsl, suveren Ukraynanın formalaşmağa başlamasında vacib məqam, dərs ola bilər.
Tramp, Baydenlər ailəsi və Ukrayna hökuməti ətrafında vəziyyət ABŞ və Ukrayna prezidentlərinin 2019-cu ilin iyulunda apardıqları telefon danışıqları ilə bağlı KİV-də yayılan məqalələrdən sonra ictimaiyyətin diqqət mərkəzinə düşüb.
Tramp isə bunu danır və hesab edir ki, bu əhvalat hökumət başçısı olmaq üçün namizədliyini isrəli sürmüş və oğlu da guya Ukraynada korrupsiya cinayətinə qoşulmuş Baydeni qorumaq üçün quraşdırılıb.
Çərşənbə günü Prezidentin icazəsiylə açıqlanan stenoqram Trampın Co Baydenin oğlunun başçılıq etdiyi Burisma Group-un fəaliyyətini araşdıran Ukraynanın keçmiş baş prokuroru Viktor Şokinin işdən çıxarılması səbəbini aydınlaşdırmağı Zelenskidən xahiş etdiyini təsdiqləyib.
Demokratlar Donald Trampı siyasi rəqibi Co Baydenin nüfuzunu aşağı salmaq məqsədilə xarici ölkədən seçkilərə qarışması üçün kömək istəməkdə günahlandıraraq ona qarşı impiçment proseduru başladıblar. Tramp isə ittihamları rədd edir.