"Geri qayıtmaq istəyirsə, 50 milyard dollar ödəsin"

"Səudiyyəyə hücumda Tehranı biabır olmamaq və hadisəni husilərin törətdiyini boyunlarına almamaq üçün günahlandırırlar"
Sputnik

BAKI, 29 sentyabr — Sputnik. ABŞ nüvə razılaşmasına dönməli və bu razılaşmanın həyata keçirilməsi üçün Tehrana 50 milyard dollar ödəməlidir.

Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, bunu İranın Məsləhət Şurasının katibi Möhsün Rezai deyib.

ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bir müddət əvvəl bəyan etmişdi ki, İranın neft sanksiyalarından itkiləri 50 milyard dollar həcmində qiymətləndirilir.

"Bizə Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP, nüvə sazişi) kənara çıxan şərtlər vacibdir. Əgər amerikalılar bizim BHFP-yə qayıtmağımızı istəyirlərsə, o zaman özləri bunu etməli, üstəlik, sanksiyaların vurduğu itkilərə görə ən azı 50 milyard dollar ödəməlidirlər", - ISNA agentliyi Rezainin sözlərini sitat gətirib.

Rezai həmçinin Səudiyyə Ərəbistanının neft obyektlərinə dron hücumu və bununla bağlı ABŞ-ın cərimələrini də şərh edib. Rezai deyib ki, Vaşinqton öz sanksiyaları ilə ölkənin ticarət əlaqələrini qırmağa və onun blokadasına nail olmaq istəyir. Onun sözlərinə görə, Səudiyyəyə hücumda Tehranı biabır olmamaq və hadisəni husilərin törətdiyini boyunlarına almamaq üçün günahlandırırlar.

Türkiyədən İrana dəstək – "Günahkar deyil"

Xatırladaq ki,  2015-ci ildə İran, ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya və Almaniya arasında Birgə Hərtərəfli Fəaliyyət Planı (nüvə sazişi) imzalanıb.

Saziş İranın nüvə proqramını məhdudlaşdırmasının əvəzində ona qarşı olan sanksiyaların aradan qaldırılmasını nəzərdə tuturdu. İlkin formada razılaşmanın ömrü heç 3 il çəkmədi. Bu saziş sonradan ABŞ Prezidenti Donald Trampın dəfələrlə tənqidinə məruz qaldı və nəticədə 2018-ci ilin mayında Vaşinqton sazişdən birtərəfli şəkildə çıxdı. Amerikanın sazişi tərk etməsinin ildönümündə, mayın 8-də İran bildirdi ki, nüvə proqramının məhdudlaşdırılması istiqamətindəki bir sıra öhdəliklərinin icrasını dayandırır. Cənub qonşumuz az zənginləşdirilmiş uran ehtiyatlarının tavan səviyyəsini 300 kq-dək artırdı. Sonra razılaşmanın digər üzvlərinin 60 gün müddətində Tehranın tələblərini yerinə yetirmədiyinə görə İran öhdəliklərinin azaldımasının ikinci mərhələsini elan etdi. Son xəbərlərə görə, İran uranın zənginləşdirilmə səviyyəsini artıq 4.5%-ə çatdırıb (nüvə sazişində limit 3.67% idi).