BAKI, 29 sentyabr — Sputnik. Hollivudun İngiltərə əsilli ulduzu Helen Mirren Parisdə yüksək moda həftəsində defilelərdən birində iştirak edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Daily Mail yazır.
74 yaşlı aktrisanın əynində incə belini vurğulayan ağ-qara rəngli uzun don olun. Ayaqyalın aktrisa səhnəyə qaçaraq çıxıb.
"Ümid edirəm ki, mənim nümunəm digər qadınları də həvəsləndirəcək və onlar təbiiliyə üstünlük verərkən özlərini daha inamlı hiss edəcəklər. Biz hamımız buna layiqik!" - defiledən sonra Mirren deyib.
Defiledə Mirrenlə yanaşı, Ember Hörd, Eva Lonqoriya, Cerri Holliuell, Kamilla Kabelyo, Endi Makdauell kimi ulduzlar da iştirak ediblər.
Kefi kök olan aktrisa defiledən sonra rəqs də edib.