Sebastyan Kurtsun partiyası qalib gəldi

İkinci yerdə 21.5% səslə Sosial-Demokrat Partiyasıdır. Avstriya Azadlıq Partiyası isə 17.3% səslə üçüncüdür
Sputnik

BAKI, 29 sentyabr — Sputnik. Sebastyan Kurtsun lideri olduğu Avstriyanın mühafizəkar Xalq Partiyası növbədənkənar parlament seçkilərində qalib gəlir.

Avropa ölkəsindən Azərbaycana maraqlı təklif

Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, bu barədə seçkilərin gedişinə cavabdah olan respublikanın Daxili İşlər Nazirliyinin saytında bildirilir.

Növbədənkənar parlament seçkiləri Avstriyada bazar günü, sentyabrın 29-da baş tutub.

Kurtsun partiyası 38.4% səs toplayıb. İkinci yerdə 21.5% səslə Sosial-Demokrat Partiyasıdır. Avstriya Azadlıq Partiyası isə 17.3% səslə üçüncüdür.

Nəticələr vaxtından əvvəl verilmiş səslər nəzərə alınmadan təqdim edilib.