İQTİSADİYYAT

Ekspert islahatlar haqqında: işsizlik səviyyəsi nəzərə alınmalıdır

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, ölkəmizin iri energetika və nəqliyyat layihələrini həyata keçirməsi də iqtisadi inkişafa təsirini göstərib
Sputnik

Vergi-gömrük islahatları, nağdsız dövriyyənin artırılması, kölgə iqtisadiyyatının miqyasının kiçildilməsi və əmanətlərin sığortalanması sahəsində islahatlar bir-birini tamamlayır. Bunu Dünya Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı həyata keçirilən islahatların müzakirələrində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, biznesin inkişafı sabit iqtisadi mühitdə baş verir:

“Milli valyutanın sabit olması, işsizlik səviyyəsi və iqtisadi artım templəri nəzərə alınmalıdır. Digər tərəfdən ölkəmizin iri energetika və nəqliyyat layihələrini həyata keçirməsi də iqtisadi inkişafa təsirini göstərib. Azərbaycan bundan sonra da uzun illər xarici investisiyaları cəlb edəcək. Bu da ölkəmizin dünya iqtisadiyyatındakı mövqeyini qorumasına imkan verəcək” .

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz