CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əməkdar artistdən sevgi dolu paylaşım: "Tut əlimdən qoşa gəzək dünyanı"

Rza özü idmanla məşğul olur və illər öncə Nüşabə Ələsgərlinin cangüdəni işləyib.Əslən iranlı olan Rza müğənnidən yaşca kiçikdir. Hal-hazırda o, trenajor müəllimi kimi fəaliyyət göstərir
Sputnik

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanın Əməkdar artisti Nüşabə Ələsgərli özündən xeyli gənc həyat yoldaşı ilə istirahətə yollanıb.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni istirahət zamanı çəkilən fotolarını "Instagram" hesabında paylaşıb. O, fotolarına "Tut əlimdən qoşa gəzək dünyanı" yazıb.

Qeyd edək ki, Nüşabə Rza adlı şəxslə 2010-cu ildə ailə həyatı qurub. Bu nikah müğənninin ikinci evliliyidir. Onun ilk evliliyindən bir qızı və bir oğlu var.

Rza özü idmanla məşğul olur və illər öncə Əməkdar artistin cangüdəni işləyib. Əslən iranlı olan Rza müğənnidən yaşca kiçikdir. Hal-hazırda o, trenajor müəllimi kimi fəaliyyət göstərir.