CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Günel fərqli görünüşdə fotolarını paylaşdı - Görənlər tanımadı

Azəri qızı Günel kimi tanınan 33 yaşlı Günel Zeynalova uzun illərdir Türkiyədə müğənni kimi fəaliyyət göstərir
Sputnik

BAKI, 28 sentyabr — Sputnik. Müğənni Günel Zeynalova görünüşündə dəyişiklik edib. Sputnik Azərbaycan xəbər verir ki, sənətçi bu dəfə fərqli saç düzümü ilə müzakirələrə səbəb olub.

Günel Moskvada toy məclisində həmkarları Nazpəri Dostəliyeva, Xəyyam Nisanov, meyxanaçı Vüqar, Şəbnəm Tovuzlu ilə foto çəkdirərək "Instagram" hesabında paylaşıb. Müğənni həmçinin fərqli geyimi və çəkisinin azalması ilə də diqqəti cəlb edib. Sosial şəbəkə izləyiciləri Günelin yeni görünüşünü bəyənərək, ona təriflər yağdırıblar.

Qeyd edək ki, Azəri qızı Günel kimi tanınan 33 yaşlı Günel Zeynalova uzun illərdir Türkiyədə müğənni kimi fəaliyyət göstərir.