MƏDƏNİYYƏT

Azərbaycanlı müğənni varlı və nüfuzlu amerikalılar qarşısında çıxış edib

Azərbaycanın tanınmış müğənnilərindən olan Günay İbrahimli Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzində amerikalılar qarşısında çıxış edib.
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanın tanınmış müğənnilərindən olan Günay İbrahimli Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzində amerikalılar qarşısında çıxış edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, gecədə Nobel mükafatçıları, amerikalı biznesmenlər və digər məşhur şəxslər iştirak ediblər.

O, konsertdə Azərbaycanın müəllif və xalq mahnılarını ifa edib. Müğənni "Sarı gəlin", "Ayrılıq" və digər mahnıları oxuyub.

"Hər şey yüksək səviyyədə keçdi. Mən mahnı oxuyanda heç kəs hətta telefona belə baxmadı. Hamı mənim ifamı dinləyirdi. Bu, o qədər xoş idi ki... Bir çox məşhur şəxslər mənə yaxınlaşaraq möhtəşəm ifaya görə təşəkkür etdilər. Sevindirici haldır ki, xaricdə də bizim musiqini dinləyirlər. Mən orada təkcə özümü deyil, Azərbaycanı da təmsil edirdim", - deyə İbrahimli bildirib.

Günay İbrahimli yerli "Yeni ulduz" musiqi müsabiqəsinin finalçısı olub. Uzun müddət yaradıcılığa fasilə versə də, bu yaxınlarda yenidən səhnəyə qayıtmaq qərarına gəlib.

İbrahimli bir çox gənc həmkarları ilə duet oxuyub. O, hazırda yerli şou-biznesdə ən çox tələb olunan müğənnilərdən biridir.