CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Güclü külək qum fırtınası yaratdı - FOTO

Bakı-Quba yolunda  toz qatının yüksəlməsi avtomobillərin hərəkətinə çətinlik yaradıb. Havanın həddən artıq tozlu olmasın Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində bir neçə dəqiqəlik tıxaca səbəb olub
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Güclü külək şimal bölgəsində avtomobillərin hərəkətinə mane törədib.

Sputnik Azərbaycanın bölgə müxbirinin verdiyi məlumata görə, bu gün səhərdən şimal bölgəsində başlayan qaşırğa həm insanların, həm də avtomobillərin hərəkətinə mane olub. Belə ki, Bakı-Quba yolunda  toz qatının yüksəlməsi avtomobillərin hərəkətinə çətinlik yaradıb. Havanın həddən artıq tozlu olması Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində bir neçə dəqiqəlik tıxaca səbəb olub.

Güclü külək qum fırtınası yaratdı - FOTO

Bundan başqa, küləyin insanların küçədəki hərəkətinə mane olub.

İnsanlar bildirilər ki, şimal bölgəsində güclü küləyə tez-tez rast gəlinsə də, yollarda belə problemlə heç vaxt qarşılaşmayıblar. Şabran sakini Taryel Süleymanovun sözlərinə görə yolda indiyədək müşahidə etmədiyi toz dumanı olub: "Bu gün Bakı şəhərinə gedən zaman Siyəzən rayonu ərazisində çatdıqda hər yanın duman olduğunu gördüm. Külək o qədər güclü idi ki, tozdan göz-gözü görmürdü. Buna görə də məcburi olaraq 110 km sürətlə hərəkət edəcəyimiz yolu 50-60 km sürətlə hərəkət etmək məcburiyyətində qaldıq. Bundan başqa, yük maşınlarına yaxınlaşdıqca küləyin təsirindən çınqıl, qum maşının şüşələrinə dəyib içəri daxil olurdu".