HADİSƏ

Ağır qəza dörd adamın həyatına son qoydu

Quşqara kəndi yaxınlığında hərəkətdə olan  "VAZ 2107" markalı avtomobil "Shacman" markalı yük maşını ilə toqquşub
Sputnik

BAKI, 28 sentyabr — Sputnik. Göygöl rayonunda ağır yol qəzası baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, avtoqəza Quşqara kəndi yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" markalı avtomobil "Shacman" markalı yük maşını ilə toqquşub. Minik avtomobilində olan 4 nəfər hadisə yerində dünyasını dəyişib, daha bir nəfər isə xəsarətlə xəstəxanaya çatdırılıb.