HADİSƏ

Bakıda dəhşətli ölüm: Ağır yük maşını üstündən keçdi

1975-ci il təvəllüdlü Allahverdiyeva Zərxanım Ənvər qızı piyada keçidindən keçən zaman “KamAz” markalı yük avtomobili onun üzərindən keçib. Qadın hadisə yerində ölüb
Sputnik

BAKI, 28 sentyabr — Sputnik. Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Sputnik Azərbaycan APA-ya istinadla  xəbər verir ki, hadisə Binəqədi şossesində baş verib.

Belə ki, 1975-ci il təvəllüdlü Allahverdiyeva Zərxanım Ənvər qızı piyada keçidindən keçən zaman “KamAz” markalı yük avtomobili onun üzərindən keçib. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.