CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda sərnişin avtobusları qarşısında yeni tələblər qoyuldu

Mais Ağayev qeyd edib ki, yeni tələblərdə avtobusların sayına uyğun yuma məntəqəsinin mövcudluğu məsələsi də öz əksini tapıb
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Daşıyıcı şirkətlər avtobusların və taksi minik avtomobillərinin xarici və daxili hissələrinin təmiz olmasını, avtobusların salonunun ayda iki dəfə dezinfeksiya edilməsini təmin etməlidir.

BNA: Qaydanı pozan sürücü işdən çıxarılıb, avtobus isə xətdən kənarlaşdırılıb

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu məsələ "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər"də öz əksini tapıb. Yeni tələblərdə səhiyyə orqanlarının tələbi olduqda avtobus və taksilərdə sanitar-epidemioloji vəziyyətdən asılı olaraq dezinfeksiya işlərinin daha tez-tez həyata keçirilməsi də yer alıb.

BNA səlahiyyətlisi bildirib ki, həmçinin yeni tələblərdə avtobusların sayına uyğun yuma məntəqəsinin mövcudluğu məsələsi də öz əksini tapıb. M.Ağayev qeyd edib ki, daşıyıcılar qarşısında mövcud tələblərə əməl etmək barədə öhdəlik qoyulub.