CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Başqasını sosial şəbəkədə hədələdi, polis tərəfindən saxlanıldı

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Qurbanzadə saxlanılıb
Sputnik

BAKI, 27 sentyabr — Sputnik. Sentyabrın 22-də Xırdalan şəhər sakini E.M Abşeron RPİ-yə ərizə ilə müraciət edib sosial şəbəkə vasitəsilə tanıdığı Eltun adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yaymasını və həmin şəkilləri silməsi müqabilində ondan 200 manat pul tələb etməsini bildirib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Qurbanzadə saxlanılıb.

RPİ-də araşdırma aparılır.