BAKI, 27 sentyabr — Sputnik. ABŞ "insan hüquqlarının pozulmasında iştirak etdiyi üçün" Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Raul Kastronun və onun ailəsinin adlarını sanksiya siyahısına salıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.
"Dövlət Departamenti rəsmən Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Raul Modesto Kastro Ruzun adını sanksiya siyahılarına daxil edir..." - deyə Pompeonun yaydığı bəyanatda bildirilir.
Bundan başqa ki, sanksiyalar siyahısına həmçinin "ən yaxın qohumlar", məhz Kastronun övladları düşüb.
Qeyd edilir ki, bu təşəbbüs "ciddi korrupsiya və insan hüquqlarının kobud pozuntusunda iştirak"la əlaqədar başlayıb.