CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə möhtəşəm avtoşou olacaq, tamaşaçılar da qazanacaqlar

Gəncədə keçiriləcək "V1 Challenge" Çempionatının sponsorlarından biri "Caspian Event Organisers" şirkətidir
Sputnik

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə sentyabrın 29-da Gəncədə Heydər Əliyev Park Kompleksi ərazisində idman avtomobillərinin yarışı və şousu keçiriləcək. Tədbirdə 40-dan çox avtomobil – “Volkicar”lar, kartinq və drift avtomobilləri, sportkarlar iştirak edəcək.

Sputnik Azərbaycan bildirir ki, proqramda həmçinin "Volkicar", drift və idman avtomobillərinin yürüşü, “Volkicar”ların yarışı və sportkarla “burnout” şousu, drift şoular yer alır. Tamaşaçılar arasında avtomobil idmanı və yol təhlükəsizliyi mövzusunda viktorina keçiriləcək və 20 fəal iştirakçı mükafatlandırılacaq.

Dəmir atlarda yarış – Bakıda “BMW” festivalı necə keçdi

Gəncədəki tədbirin sponsorlarından biri "Caspian Event Organisers" - Azərbaycanda sərgi və tədbirlərin peşəkar təşkilatçısıdır. Şirkətin baş direktoru Fərid Məmmədov həmfikir insanları, həvəskarları, idmançıları və avtomobil idmanı ilə bir mədəniyyət və həyat tərzi kimi maraqlanan hər kəsi bir araya gətirəcək bu tədbirə sponsorluq etməkdən məmnunluq duyduqlarını bildirib: "Tamaşaçılar küçədə adi bir gündə görünməyən bir çox avtomobili görəcəklər. Tədbirdə iştirak etməkdə məqsədimiz Azərbaycanın gənc əhalisi arasında avtomobil idmanının populyarlığını artırmaqdır ki, bu da bu idmanla məşğul olanların sayının çoxalmasına səbəb olacaq. Mən özüm 2014-cü ildən Azərbaycan Avtomobil Federasiyasının üzvüyəm və AAF-ın bütün tədbirlərində fəal iştirak edirəm. Və burada, Gəncədə, “Volkicar” avtomobillərindən birini özüm idarə edəcəyəm. Ümid edirəm ki, bu parlaq, möhtəşəm şou heç bir izləyicini biganə qoymayacaq. Fürsətdən istifadə edərək, Azərbaycan Avtomobil Federasiyasına bu fürsətə görə təşəkkür edirəm".

Tədbirdə tanınmış pilotlar - "Drift GP International"ın promouterı Neyl Gann (Niall Gunn), Almaniyanın driftinq üzrə çempionu Sebastyan Fonteyn (Sebastian Fontijn), "Drift All Stars Avropa Yarışı"nın qalibi Martin Riçards (Martin Richards), yarışın texniki direktoru "Drift GP International" Antanas Kiguolis (Antanas Kyguolis), eləcə də yerli drift və “Volkicar” pilotları iştirak edəcəklər.