Azərbaycanda dövlət bu ərazidəki torpaqları əhalidən alacaq

Sözügedən ərazidə dəmir yolu xəttinin tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan "Azərbaycan Dəmir Yolları" QSC olacaq
Sputnik

BAKI, 27 sentyabr — Sputnik. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpağı dövlət ehtiyacları üçün alan orqan müəyyən edilib.

Varlanmaq istəyənlər torpaqlarını birləşdirməli olacaqlar

Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb. Nazirlər Kabineti qərara alıb ki, Ələt-Qasımlı hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilsin.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti bu Qərarın 1-ci hissəsində göstərilmiş torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tələblərinə uyğun olaraq həyata keçirməlidir. Eyni zamanda bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etməlidir. Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.